“Neftçi” Ukrayna millisinin sabiq baş məşqçisini görəvə gətirdi

28 İyul 01:50 Basketbol 1 783
“Neftçi” Ukrayna millisinin sabiq baş məşqçisini görəvə gətirdi

Kişi basketbolçulardan ibarət “Neftçi” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasının gümüş medalçısının sükanı arxasına”Ukrayna yığmasının sabiq baş məşqçisi Vitali Stepanovski gətirilib.

43 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Onun qarşısına əsas hədəf kimi Avropa Kubokunun qrup mərhələsində və ölkə çempionatında uğurlu çıxış qoyulub.

AVRO-2025-də uğursuzluqdan sonra yığmanın baş məşqçisi vəzifəsini tərk edən ukraynalı 2024-cü ilin dekabrından işsiz olub.

Stepanovskinin rəhbərliyi ilə "Ximik” (Yujnı) klubu iki dəfə Ukrayna çempionluğunu qazanıb. Həmçinin o, Rumıniyanın “Krayova” və Estoniyanın “Parnu” komandalarını da çalışdırıb.

“Neftçi” mövsümü gürcüstanlı məşqçi Daviti Çivçivadzenin rəhbərliyi altında başa vurub.

“Ağ-qaralar” Avropa Kubokunun müntəzəm çempionatında I qrupda yer alıb. Bakı təmsilçisi "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl"lə (Polşa) növbəti mərhələ uğrunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 18:10 Çək və bizə göndər!
28 İyul 07:10 Bu gün dənizə gedək?
28 İyul 03:20 Gürcülərə də uduzduq