Komandamız 1/4 finala vəsiqə qazandı - Dünya Seriyasının Sumqayıt mərhələsində

27 İyul 04:00 Basketbol 361
Komandamız 1/4 finala vəsiqə qazandı - Dünya Seriyasının Sumqayıt mərhələsində

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda Slovakiya seçməsi ilə qarşılaşıb.

Bu matçda rəqibinə 21:8 hesabı ilə qalib gələn komanda növbəti mərhələyə qrup lideri kimi yüksəlib.

Komanda ilk qrup oyununda Çexiyanı da məğlub etmişdi - 20:12.

Millimiz 1/4 finalda Çin yığması ilə üz-üzə gələcək. Oyun 27 iyul saat 16:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu