“Neftçi” və bu klubların Avropa Kubokunda rəqibləri müəyyənləşdi

25 İyul 04:10 Basketbol 223
“Neftçi” və bu klubların Avropa Kubokunda rəqibləri müəyyənləşdi

Azərbaycanı avrokuboklarda təmsil edəcək "Abşeron Lions" və "Neftçi" basketbol klublarının Avropa Kubokundakı rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Almaniyanın paytaxtı Münhendə müntəzəm mövsümün püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, Abşeron təmsilçisi ilk təsnifat mərhələsində Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq. Bu cütün qalibi H qrupunda "Casademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bears" (Danimarka) klubları ilə mübarizəni davam etdirəcək.

"Neftçi" isə I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) klubları ilə mübarizə aparacaq.

"Abşeron Lions" 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında dördüncü olub. "Neftçi" isə gümüş medal qazanıb.

Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda keçiriləcək. Müntəzəm mövsümün matçlarının tarixi isə daha sonra elan ediləcək.

Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!