Yığmamız Avropa Kubokunda rəqiblərinin adını öyrəndi

21 İyul 2025 03:50 Basketbol 547
Yığmamız Avropa Kubokunda rəqiblərinin adını öyrəndi

3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının Avropa Kubokundakı rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, sentyabrın 5-7-də Danimarkanın Kopenhagen şəhərində keçiriləcək yarışda millimiz B qrupunda yer alıb.

Komandamız Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq. Qızlarımızın qrupda ilk oyunu sentyabrın 5-də saat 13:55-də Fransa, ikinci görüşünü isə saat 20:25-də Ukrayna yığmalarına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!