
Azərbaycanın qızlardan ibarət U-18 millisi basketbol üzrə Avropa çempionatı B divizionunda üçüncü qrup oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, komandamız Litva yığması ilə görüşdə 31:82 hesabı ilə uduzub.
Ardıcıl iki oyunda məğlub olan Azərbaycan U-18 millisi hazırda C qrupunda 4 xalla altı komanda arasında 4-cü yerdədir.
Daha əvvəl Bosniya və Herseqovinaya qalib gəlib (83:81) və Ukraynaya uduzan (65:78) komandamız növbəti oyununu iyulun 8-də İslandiya basketbolçularına qarşı keçirəcək.
Qarşılaşma Bakı vaxtilə saat 14:00-da başlayacaq. İyulun 9-da isə rəqib Kosovo komandası olacaq (11:30).