Komandamız Andorraya da uduzdu - C divizionunda i

7 İyul 2025 03:20 Basketbol 676
Komandamız Andorraya da uduzdu - C divizionunda i

16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatı C divizionunda ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Albaniyanın evsahibliyi etdiyi B qrupda yer alan komandımız bu dəfə Andorra basketbolçularına 42:52 hesabı ilə məğlub olublar.

Azərbaycanın U-16 millisi yarışın ilk oyununda San Marinoya 105:60 hesabı ilə qalib gəlmişdi.

Komandamız iyulun 9-da Lüksemburq (19:00), 10-da isə Cəbəllütariq (23:30) basketbolçuları ilə qarşılaşacaq.

Andorra U-16 - Azərbaycan U-16 - 52:42 (18:3, 12:12, 9:5, 13:22)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA