“Neftçi”dən “Sabah”a döndü - İLK TRANSFER

29 İyun 2025 09:00 Basketbol 1 524
“Neftçi”dən “Sabah”a döndü - İLK TRANSFER

Azərbaycan basketbolu tarixində ilk dəfə ölkəmizi FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək “Sabah” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi Kamran Məmmədovla danışıqları müsbət yekunlaşdırıb.

2022/2023 mövsümdə “Sabah”la Azərbaycan Basketbol Liqasının qalibi olan Azərbaycan millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb.

Məmmədov ötən mövsümü “Neftçi”də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!