"Abşeron” revanş aldı

23 Aprel 2025 03:10 Basketbol 599
"Abşeron” revanş aldı

Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-off mərhələsi davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün keçirilməli olan iki matçdan biri başa çatıb.

“Şəki” və “Gəncə” üçüncü qarşılaşmada qarşılaşıb. Hərəyə bir qələbə qazanan rəqiblərin həlledici duelində Şəki təmsilçisi qalib gələrək yarımfinala adlayıb.

Günün ikinci matçında “Abşeron” “Naxçıvan”la üz-üzə gəlib. İlk görüşdə 88:83 hesablı qələbə qazanan “Naxçıvan” yarımfinala adlamaq üçün ikinci qarşılaşmada qalib gələ bilməyib.

Meydan sahibləri 85:79 hesabı ilə üstün olublar. Cütün qalibi 3-cü görüşdə müəyyənləşəcək.

Bunadək “Sabah”la “Neftçi” yarımfinala yüksəlib.

“Şəki” – “Gəncə” – 85:83 (15:19, 26:14, 20:26, 24:24)
Şəki OİK
Seriyada hesab – 2:1

“Abşeron” – “Naxçıvan” - 85:79 (10:21, 20:20, 31:21, 24:17)
Bakı İdman Sarayı
Seriyada hesab – 0:1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA