Azərbaycan kubokunda yeni mövsümün püşkü atıldı

22 Yanvar 2025 04:00 Basketbol 716
Azərbaycan kubokunda yeni mövsümün püşkü atıldı

Basketbol üzrə Azərbaycan kubokunda yeni mövsümün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, tədbir Bakı İdman Sarayında keçirilib.

“Naxşıvan”, “Sabah”, “Sərhədçi” və “Şəki” komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.

1/8 finalda “Sumqayıt” – “Neftçi”, “Gəncə” – “Ordu”, “Abşeron” – “Quba” və “Lənkəran” – NTD qarşılaşmaları gerçəkləşəcək. Bir görüşün nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mərhələyə yüksələcək.

Turnirə yanvarın 28-də start veriləcək.

Ötən mövsüm Azərbaycan kubokuna “Neftçi” sahib çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA