Azərbaycanlının baş məşqçi olduğu komanda İngiltərədə kubok qazandı - FOTO

22 Yanvar 02:00 Basketbol 401
Azərbaycanlının baş məşqçi olduğu komanda İngiltərədə kubok qazandı - FOTO

Azərbaycanlı məşqçi Samit Nuruzadənin rəhbərlik etdiyi “Ridinq Rokets” basketbol klubu İngiltərə milli kubokunun qalibi olub.

Sporinfol.az xəbər verir ki, həmyerlimizin komandası finalda “Hemel Storm”u 108:83 hesabı ilə məğlub edib.

Bu, Nuruzadənin komandası üçün 2013/14 mövsümündən sonra ilk tituldur.

Nuruzadə titulu qazandıqdan sonra bu cür danışıb: “Bu gözəl hissdir, biz uzun müddətdir ki, bunun üçün çalışırıq.

“Ridinq Rokets” çox uğurlu klubdur və bəzən finallarda məğlub olsaq da, bu dəfə yaxşı çıxış etdik”.

Ötən mövsüm millimizin sabiq çalışdırıcısının komandası İngiltərə Basketbol Liqasının (EBL) finalında “Hemel Storm”a uduzmuşdu.

Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə