"Bu oyundan həm müsbət, həm də mənfi məqamları özümüz üçün müəyyənləşdirməli və bundan nəticə çıxarmalıyıq".
Sportinfo.az xəbər verir ki, bunu "Ordu"nun oyunçusu Brendon Taker "Sumqayıt"a 103:80 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının I turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
ABŞ-dən olan basketbolçu mövsümə yaxşı başladıqlarını bildirib:
"İlk oyunlar həmişə çətin olur. Amma biz bunun öhdəsindən gəlib qələbə qazandıq.
Bu oyundan həm müsbət, həm də mənfi məqamları özümüz üçün müəyyənləşdirməli və bundan nəticə çıxarmalıyıq. Çünki bu, qələbə seriyasının davam etdirilməsi üçün çox vacibdir.
Bu komandanın nəyə qadir olması məni çox həyəcanlandırır. Mövsümün qalan görüşlərini səbirsizliklə gözləyirəm”.