Azərbaycanda komandaya 3-cü məşqçi təyin olundu

10 Oktyabr 2024 09:00 Basketbol 2 329
Azərbaycanda komandaya 3-cü məşqçi təyin olundu

"Şəki" basketbol klubunun məşqçilər korpusuna daha bir mütəxəssis qoşulub.

Sportinfo.az xəbər verir ki, ötən mövsüm də "Şəki"də çalışmış Etibar Bağırov klubda 3-cü məşqçi funksiyasını icra edəcək.

O, komandanın fitnes hazırlığına cavabdehlik daşıyacaq.

Komandanın baş məşqçisi türkiyəli Bedri Meriç, köməkçisi isə Vüqar Musayev olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO