Azərbaycan çempionatında üçüncü yerin sahibi məlum oldu

19 May 2024 08:10 Basketbol 779
Azərbaycan çempionatında üçüncü yerin sahibi məlum oldu

Azərbaycan Basketbol Liqasında üçüncü yer uğrunda növbəti matç keçirilib.

Sportinfo.az xəbər verir ki, “Xırdalan” və “NTD-İndiqo” üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində baş tutan qarşılaşma “NTD-İndiqo”nun qələbəsi ilə yekunlaşıb – 92:83.

Bu komandalar arasında ilk görüşdə də “NTD-İndiqo” 95:79 hesablı qələbə qazanıb.

Beləliklə, seriyanın ümumi hesabında rəqibinə 2:0 qalib gəlmiş “NTD-İNDİQO”, çempionatın bürünc mükafatının sahibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu