COP29

“Mən bunu yaxşı bildiyim üçün rahat idim”

13 May 08:40 Basketbol 430
“Mən bunu yaxşı bildiyim üçün rahat idim”

"Ümid edirəm, “Sabah”la oynayacağımız final matçlarında ilk olaraq yaxşı basketbol sərgiləyəcəyik.

Daha sonra arzuladığımız seriya ilə hədəfimizə çatarıq".

Sportinfo.az xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen "NTD-İndiqo"ya 86:81 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin ikinci oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis dünənki qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Hər iki hissədə bir-birindən fərqli ssenarilər baş tutdu. Böyük fasilədə komandama pley-offlarda müdafiənin nə qədər önəmli olduğunu bir daha xatırlatdım.

Rəqibin bizə qarşı hazırladığı xüsusi hücumlara qarşı müdafiəmizlə cavab verdik və üçüncü periodda oyunu tarazlamağı bacardıq.

18-5 hesablı seriyamız da bunu göstərir. Son periodda da təşəbbüsü ələ aldıq.

Əlavə edilmiş hissədə də pley-offlardakı təcrübəmizdən də istifadə edərək qalib gəlməyi bacardıq".

Türkiyəli baş məşqçi daha əvvəl ölkəsində bu cür matçlarda çox iştirak etdiyini vurğulayıb:

"Ona görə də belə seriyalarda necə hazırlaşmağı, mübarizə aparmağı və matçın içindəki davamlılığı yaxşı bildiyim üçün rahat idim.

Hətta komandam 18 xal geriyə düşdükdə belə məndə rahatlıq var idi. Buna görə oyunçularımı təbrik edirəm.

Həqiqətən də final onların haqqı idi. İlk mövsümümüzdə iki finalda da mübarizə aparmaq bizim üçün çox çətin idi.

Birində məğlub olduq. İndidən pley-offda çıxış edəcək bütün oyunçulara, məşqçilərə uğurlar arzu edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:50 Çək və bizə göndər!
14 İyun 08:40 "Neftçi", EFA, ASTA...