Azərbaycan millisi Paris-2024-ə lisenziya qazandı

14 Aprel 2024 15:40 Basketbol 639
Azərbaycan millisi Paris-2024-ə lisenziya qazandı

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyunlarına çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda əvvəlcə yarımfinalda Macarıstanla üz-üzə gəlib.

Azərbaycan millisi 21:19 hesabı ilə qalib gələrək finala yüksəlib. Digər yarımfinalda isə Polşa Niderlandı 20:12 hesabı ilə üstələyərək finala çıxıb.

Finalda Polşaya 18:17 hesabı ilə qalib gələn Azərbaycan millisi turnirin qalib olub və Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Azərbaycan tarixdə ilk dəfə komanda hesabında Olimpiya vəsiqəsini qazanır.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi