Azərbaycanlı müdafiəçi xarici kluba keçdi - FOTOLAR

20 Noyabr 2020 21:00 Azərbaycan Futbolu 1 539
Azərbaycanlı müdafiəçi xarici kluba keçdi - FOTOLAR

Azərbaycan yığmasının futbolçusu Hüseyn Əhmədov karyerasını Ukraynada davam etdirəcək.

20 yaşlı müdafiəçi “İnqulets”ə keçib.

Ölkəmizin U-17 və U-19 komandalarında oynamış Əhmədov Premyer Liqa təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atıb. Karyerası ərzində “Helios” (Ukrayna), “Əlincə” və “Zirə” olan müdafiəçinin son klubu “Neftçi-2” olub.

Paytaxt təmsilçisinin sabiq baş məşqçisi Füzuli Məmmədov onu “ağ-qaralar”ın əsas komandasında da görmək istəyib. “Neftçi”nin düşərgəsində zədələnən Hüseyn klubdan ayrılıb.

Sonradan fərdi bərpa prosesi keçən müdafiəçi “Sumqayıt”ın da maraq dairəsində olub. Ayxan Abbasovun heyətə qatmaq istədiyi Əhmədovla “Gənclik şəhəri” təmsilçisi arasında ilkin razılıq da əldə edilib.

Lakin Ukrayna Premyer Liqasında oynamaq variantı yaranan futbolçu legioner həyatı yaşamağa üstünlük verib. Bir müddət öncə baxışa yollanan müdafiəçi yeni klubu ilə anlaşıb. Onun müqavilə bağlamasına “Neftçi” lazımı şəraiti yaradıb.

Qeyd edək ki, Premyer Liqanın debütantı olan “İnqulets” 9 turdan sonra 7 xalla 14 komanda arasında 11-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"