Nağıyev 86 dəqiqə oynadı, 5 qola sevindi - VİDEO

19 Sentyabr 2020 13:12 Azərbaycan Futbolu 697
Nağıyev 86 dəqiqə oynadı, 5 qola sevindi - VİDEO

Moldova çempionatında 10-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Floreşti” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0.

Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

10 turdan sonra 16 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?