Nazir Premyer Liqa klublarının narahatlığını TƏBİB-ə çatdırdı

6 Avqust 2020 12:58 Azərbaycan Futbolu 837
Nazir Premyer Liqa klublarının narahatlığını TƏBİB-ə çatdırdı

Gənclər və İdman Nazirliyinin balansında olan Hövsan və Abşeron Olimpiya İdman Kompleksləri rəsmən müvəqqəti modul tipli xəstəxanaya çevrilib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı nazir Azad Rəhimov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı həmin idman komplekslərinə baxış keçirib.

A.Rəhimov tədbir zamanı futbol klublarının, idmançıların narahatlığını TƏBİB-in rəhbərinə çatdırıb. O bildirib ki, avrokuboklarda hazırlaşan futbol klublarının, eləcə də insanların açıq havada idmanla məşğul olması üçün şərait yaradılması yaxşı olardı:

“Bildiyimiz kimi, açıq havada idman qurğularının fəaliyyəti avqustun 31-dək qapalıdır. Ancaq idmançıların bu fəaliyyətlə məşğul olması üçün qadağa qərarına yenidən baxılmasını, onların idmanla məşğul olmasına şəraitin yaradılmasının diqqətdə saxlanılmasını istərdik”.

Mayın 29-da açıq havada idman yarışlarının keçirilməsinə icazə verilsə də, sonradan karantin sərtləşdirilib və bu icazə ləğv edilib.

Hazırda 4 klubumuz – “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” bu ay UEFA bayrağı altında avrokubok oyunlarına çıxmalıdır. Lakin püşk nəticəsində bu komandalar oyunlarını evdə keçirməli olsalar, Bakı və ya Sumqayıtda bunu edə bilməyəcəklər. Səbəb Bakı və Sumqayıtın sərt karantin rejimi tətbiq olunan şəhərlər olmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"