
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Sportinfo.az-a müsahibə verib.
- Ölkə klubları hamısı toplanış üçün Qəbələdədir. Onların yeni mövsümə hazırlıqların necə dəyərləndirirsiz?
- İzləyirəm ki, "Neftçi" bir neçə xarici futbolçu ilə müqavilə bağlayıb. Həmçin də "Qarabağ". İndiki halda seçim etmək çətindir. Çünki yollar bağlıdır. Oyunçuları görə bilmirsən. Onları ancaq videoyazı ilə görə bilirsən. Bu da məşqçilərə problem yarada bilər. Oyunçu dəvət edəndə bir neçə ay onun haqqında informasıya yığmaq lazımdır. Oyunu necədi, xasiyyəti necədir. Bunlar hamısı şərtdir. İndiki halda gələn futbolçu yaxşı da ola bilər, pis də. Adətən klublarımız bu aylarda ölkə xaricinə - Türkiyəyə, Avstriyaya gedirdi. Orada da oynadığın klublar güclü idi. Həm də öz gücünü müəyyən edə bilirdin. Bu məsələlər hamısı əsas şərtdi.
- Son illər ardıcıl olaraq "Qarabağ" çempion olur. Yeni mövsümdə bu ənənənin qarşısını alacaq potensialı hansı klubumuzda görürsüz?
- Bilirsiz, çempionatın güclü, rəqabətli olması üçün heç olmasa komandaların yarısı çempionluq uğurunda mübarizə aparmalıdır. Belə olanda çempionatın rəqabəti artır, azarkeşlər stadionlara gəlir. Həm də bunun sayəsində futbolçular inkişaf edir. Bunun milli komandaya da faydası dəyir. Məsələn, 10 il əvvəl mən işləyəndə "Xəzər Lənkəran", "Bakı", "İnter", "Karvan" elə "Qarabağ"ın özü çempionluq üçün mübarizə aparırdılar. Hər oyuna hazırlaşanda rəqibi araşdırırdıq. Bunlar hamısı şərtdi. Hazırda 8 klub var. Heç olmasa 4-ü çempionluq uğurunda mübarizə aparmalıdır. Bu il "Neftçi"dən çox şey gözləyirəm. Eləcə də "Keşlə"dən. Çünki axır oyunları yaxşı oynadılar. Bundan başqa "Zirə" və "Sabah"dan da gözləntilər böyükdür. Hazırda klubların büdcəsi azdı. Amma söhbət büdcədən getmir. Əsas məsələ klubun necə inkişafı, akademiyadakı uşaqların necə yetişdirilməsidir.
-Ağasəlim müəllim, öz işlədiyiniz dönəmi xüsusi qeyd etdiniz. O dönəmlər "Ağasəlim harda, çempionluq orda" deyimi çox məşhur idi. Artıq uzun müddətdir kənarda qalmısınız. Maraqlıdır, hazırkı Premyer Liqanın hansı klubunu sizə versələr, "Qarabağ"ı çempionluqadan edə bilərsiniz?
- Bilirsiz, sual bir az qəlizdi (gülür). Bu mənə qəribə gəlir. Gəlin reallıqdan danışaq ki, mən işləmirəm. Amma yeni mövsüm digər klublardan çox şey gözləyirəm. "Qarabağ"la mübarizə apar bilərlər. Mübarizə olsun ki, "Qarabağ" da inkişaf etsin. Bir daha qeyd edirəm ki, əgər inkişaf istəyiriksə, avrokuboklarda uğurlu olmaq istəyiriksə daxili çempionatda mübarizə olmalıdır.
- Rəşad Sadıqov bildiyiniz kimi karyerasın başa vurdu. Bundan sonra o "Zirə"ni çalışdıracaq. Ona ümidlər böyükdür. Sizcə, Rəşad ona bəslənən ümidləri doğrulda biləcəkmi?
- Rəşad haqqında onu deyə bilərəm ki, ayrı klubda işləməli idi. Yaxşı məşqçi olmaq üçün özün hərəkət eləməlisən. Öz fikirlərin olmalıdı. Yanındakı köməkçilərin fikir mübadiləsi baxımından yaxşı olmalıdır. Düzdü, Rəşad "Qarabağ"da da çox işlər görüb. Oyunçu kimi çıxış edib, lazım olanda fikirlərini deyib. Amma düşünürəm ki, "Qarabağ"dan ayrılıb başqa yerdə baş məşqçi işləmək qərarı çox doğrudur.
- Klublarımızın bu il avrokuboklardakı iştirakından nə gözləyirsiniz?
- Bu həm hazırlıqdan asılıdı, həm püşkdən. Mən uğur gözləyirəm. İndiki halda hər şey bir oyundan asılı olacaq. Bilinmir səfərdə oynayacaqsan, yoxsa evdə. Buna görə də ən xırda detala da diqqət etmək lazımdır. İstənilən şeyə klub hazır olmalıdı. Belə məqamda məşqçidən çox şey asılı olacaq.
- AFFA rəsmi olaraq 4 kluba 2.5 milyon manat maddi yardım ayıracağını açıqladı. Bu puldan 200 mini "Səbail"ə, 300 mini isə "Sumqayıt"a çatacaq. Premyer Liqa klublarının AFFA-nın 200,300 mininə ehtiyaclı olması nə dərəcədə peşəkarlıqdır?
- Peşəkarlıq deyəndə ki, hazırda pandemiya dövrüdür. Bu dəqiqə bütün sahələrdə çətinliklər var. Hazırkı məqamda bir manatın da öz dəyəri var.