Yeni yaranan klubdan: "Bura gəlmək istəyən futbolçu çoxdur"

17 İyun 2020 09:28 Azərbaycan Futbolu 1 756
Yeni yaranan klubdan: "Bura gəlmək istəyən futbolçu çoxdur"

Yeni yaradılan «Alar»FK gələn ay rəsmən fəaliyyətə başlayacaq.

Bu barədə Sportinfo.az-a klubun prezidenti Ruslan Seyfullayev məlumat verib.

Növbəti mövsümdən Region Liqasında mübarizə aparacaq Cəlilabad təmsilçisinin rəhbəri bildirib ki, iyulda seleksiya prosesi start götürəcək: «Komandamızda oynamaq istəyən futbolçu çoxdur. İstər rayonunözündən, istərsə də kənardan.

Kəndimizin cavanları da burada özünü sınamaq istəyir. Koronavirus pandemiyasına görə bəzi təşkilati işləri təxirə salmalı olmuşduq. Artıq gələn ay seleksiyaya başlayacağıq.

Tezliklə normal bir komanda formalaşdırmaq fikrindəyik. Hazırda kənd stadionumuz bir o qədər də yaxşı vəziyyətdə deyil. Amma bu, bizi çox da narahat etmir.

Qısa müddətdə orada səliqə-sahman yaradacaq, nə çatışmazlıq varsa, hamısını aradan qaldıracağıq. Bunlar düzələn məsələdir. AFFA-nın şərtlərini vaxtında yerinə yetirəcəyik ki, heç bir problem ortaya çıxmasın».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti