Veteran futbolçuya AFFA və "Sabah" dəstək oldu, bəs digərləri?

16 Avqust 23:20 Azərbaycan Futbolu 194
Veteran futbolçuya AFFA və "Sabah" dəstək oldu, bəs digərləri?

Veteran futbolçu Əfqan Talıbovun dəstəyə ehtiyacı var.

62 yaşlı mütəxəssis 2 ildən artıqdır "Parkinson" xəstəliyindən əziyyət çəkir.

Hər ötən gün vəziyyəti daha da ağırlaşır.

Uzun illər Azərbaycan futboluna xidmət edən sabiq futbolçunun hazırda ciddi maddi və mənəvi dəstəyə ehtiyacı var.

Əldə etdiyimiz məlumata görə, “Sabah” klubu və AFFA tərəfindən ona müəyyən qədər yardım göstərilib.

Lakin bu dəstək Əfqan Talıbovun müalicəsi və digər xərclərini qarşılamaq üçün kifayət etmir.

Veteran futbolçunun müalicəsinin davam etdirilməsi üçün daha geniş dəstəyə ehtiyac duyur.

"Gənclərbirliyi" (Sumqayıt) və "Turan Tovuz"da baş məşqçi kimi çalışmış Əfqan Talıbovun bu çətin dönəmdə tək buraxılmaması, futbol ictimaiyyətinin, klubların və imkanı çatan hər kəsin ona dəstək göstərməsi vacibdir.

Ümid edirik ki, bu çağırış aidiyyəti qurumlara və futbol ictimaiyyətinə çatacaq və Əfqan Talıbovun müalicəsi üçün daha ciddi addımlar atılacaq.Veteran futbolçu Əfqan Talıbovun dəstəyə ehtiyacı var.

62 yaşlı mütəxəssis 2 ildən artıqdır "Parkinson" xəstəliyindən əziyyət çəkir.

Hər ötən gün vəziyyəti daha da ağırlaşır.

Uzun illər Azərbaycan futboluna xidmət edən sabiq futbolçunun hazırda ciddi maddi və mənəvi dəstəyə ehtiyacı var.

Əldə etdiyimiz məlumata görə, “Sabah” klubu və AFFA tərəfindən ona müəyyən qədər yardım göstərilib.

Lakin bu dəstək Əfqan Talıbovun müalicəsi və digər xərclərini qarşılamaq üçün kifayət etmir.

Veteran futbolçunun müalicəsinin davam etdirilməsi üçün daha geniş dəstəyə ehtiyac duyur.

"Gənclərbirliyi" (Sumqayıt) və "Turan Tovuz"da baş məşqçi kimi çalışmış Əfqan Talıbovun bu çətin dönəmdə tək buraxılmaması, futbol ictimaiyyətinin, klubların və imkanı çatan hər kəsin ona dəstək göstərməsi vacibdir.

Ümid edirik ki, bu çağırış aidiyyəti qurumlara və futbol ictimaiyyətinə çatacaq və Əfqan Talıbovun müalicəsi üçün daha ciddi addımlar atılacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!