
Azərbaycan futbolunun qurtarışı bölgələrdədir.
Rayonlarda futbol dirçəlməyincə, ölkə futbolunun inkişaf edəcəyini gözləmək sadəlövhlükdür.
AFFA-nın yarıtmaz işi nəticəsində yox olan bölgə futbolu öz gücünə çırpınaraq ayağa durmağa, yeriməyə çalışır.
Sportinfo.az xəbər verir ki, uzun illərdir böyük futbola həsrət qalan Ağstafa rayonunda yeni futbol klubu yaradılır.
Sportfm.az-a daxil olan məlumata görə, "Avey”dən sonra rayonda ikinci futbol klubu təsis edilmək üzrədi. "Ağstafa gəncləri” adlanacaq klubun rəhbəri ömrünü bu rayonun futboluna həsr etmiş Şahin Kərimov olacaq.
Artıq klubun yaradılması ilə bağlı rayon icra hakimiyyəti ilə də görüş olub. Komandanın əsas məqsədi yerli istedadlı gəncləri ölkə futboluna qazandırmaq olacaq.
"ğstafa gəncləri” növbəti mövsümdən etibarən AFFA-nın təşkil etdiyi Region Liqasında mübarizə aparmaq istəyindədi.