Samir Abasov yenə gündəm oldu - O, nəyi səhv deyib?

6 Mart 22:20 Azərbaycan Futbolu 497
Samir Abasov yenə gündəm oldu - O, nəyi səhv deyib?

Türkiyəli qardaşlarımızın yaxşı bir məsəli var - Düz danışanı 9 köydən qovarlar.

Azərbaycanlı qardaşlarımız məsəli olduğu kimi tez-tez icra etməkdə mahirdir.

Deməli, "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov mətbuata açıqlamasında "Qarabağ" - "Sabah" oyununa 10 min tamaşaçının gəlməsinə reaksiya verib:

"Hər iki komandaya göstərilən oyuna görə təşəkkür edirəm. Sadəcə, azarkeşləri “ay bu qədər idilər” deyə şişirtmək mənə çatmadı. Bu sözlərimin qış, yay bilmədən daim sevimli komandalarının yanında olan, oyunlarına gələn azarkeşlərə aidiyyəti yoxdur. Çünki “Sabah” da, “Qarabağ” da, məsələn, “Karvan-Yevlax”la oynasaydı, onlar gələcəkdilər. Əksinə, məncə, çempionluğa oynayan iki komandanı böyük hissəsi boş tribunalar önündə görmək üzücüdür. Bu, azarkeşlik baxımından bizim futbolumuzdur, reallığımızdır. Ona görə də azarkeş məsələsini şişirtmək absurddur. Kim deyirsə, bu, “tupoy”luqdan başqa bir şey deyil. Əksinə, tribunaların dolmasını gözləyirdim. Görünən budur ki, bizim futbola maraq yoxdur ki, yoxdur”.

Məhz bu açıqlamasına görə təcrübəli mütəxəssisi sosial şəbəkələrdə topa-gülləyə tutublar.

Nədir axı? Nəyi düz deməyib axı?

Niyə düz söz bu qədər acı olur? Azarkeşlərin suallarıma cavabı maraqlıdır.

Şəxsən mən bu cür cəsarətinə görə, Abasova təşəkkür edirəm.

Hər şeyi olduğu/gördüyü kimi kimi dilə gətirib.

8 ildən sonra bir Premyer Liqa matçına 10 min azarkeşin gəlməsi biabırçılıqdır. Həmin biabırçılığımı toy-bayram edək?

Həmin 8 ildə dəfələrlə liqa oyunlarına 9 min tamaşaçı gəlib. İndi 1000 nəfər artıq olubmu deyə düşək küçələrə bayram edək?

Hələ həmin 10 min nəfərin ən azı yarısının Tofiq Bəhramov adına Respublika stadionuna necə gəlməsini/gətirilməsini müzakirə etmirəm.

Abasov yerində və düz danışıb. Çünki o da həqiqətləri çılpaqlığı ilə bilir.

Belə inkişaf olmur, bəylər.

Səviyyənin qalxması, marağın artması başqa şeydir.

Dediyiniz düz olsaydı, ən son Qərb derbisində 350 azarkeş olmazdı.

"Qəbələ" - "Sabah" arasındakı gərgin, dramatik keçən matça 300 nəfər cəm olmazdı.

"Qarabağ" - "Şamaxı" qarşılaşmasına 750 nəfərin gəlməsi də başqa bir dərddir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti