Onunla yeni müqavilə bağlasaz, mən burada qalmayacam - Xəbərdarlıq etdi

15:40 İspaniya 222
Onunla yeni müqavilə bağlasaz, mən burada qalmayacam - Xəbərdarlıq etdi

“Real”ın hücumçusu Vinisius Juniorun Madrid klubunun transfer hədəfi olan “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri ilə oynamaq istəmədiyi barədə şayiələr yayılıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı “Real”a yarımmüdafiəçiylə müqavilə imzalayacağı təqdirdə, komandadan ayrılacağı barədə xəbərdarlıq edib.

Rodri Vinisiusu 2024-cü ildə “qızıl top” mükafatı uğrunda mübarizədə üstələyib.

Vinisiusun “Real”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Daha əvvəl oyunçunun maaş tələblərinə görə tərəflər müqavilənin müddətinin uzadılması barədə razılığa gələ bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti