“Qarabağ” indi başladı - O, “mən gəlirəm” deyir…

10:40 Qarabağ 783
“Qarabağ” indi başladı - O, “mən gəlirəm” deyir…

Premyer Liqada 23-cü tur davam edir.

«Qarabağ» üçün ölkədaxili mövsüm üçün məhz indi başlayır.

Təəccüblənməyin. Bəli, bu, belədir.

«Qarabağ» ötən ilin iyunundan bəri yalnız avrokuboklara fokuslanmışdı. Diqqətləri tamamən Çempionlar Liqasına yönəlmişdi.

Yatıb-qalxıb yalnız bu haqda düşünürdülər.

Premyer Liqa? Çempionat onlardan ötrü ikinci planda idi.

Eyni vaxtda iki «cəbhə»də mübarizə aparmaq çətin məsələdir. İstənilən komanda üçün bu, belədir. Həm orada, həm burada uğurlu qrafik cızmaq qeyri-mmkün bir şeydir.

Bir səviyyədə 20-22 futbolçun olmalıdır ki, Çempionlar Liqasında da, Premyer Liqada da uğura doğru gedəsən.

Qurban Qurbanovun bu imkanı yoxdur. Odur ki, o, bütün gücü ÇL-ə vermişdi.

Artıq orada missiyanı başa vurublar, Premyer Liqa ön plana keçib.

Burada isə «Sabah» onlardan daha şansı durumdadır hazırda. «Qarabağ»ın başının ÇL-ə qarışmasından istifadə edən «Sabah» xal fərqini açıq-ara seçib.

Qurban Qurbanov gözləmirdi bunu. Yersiz xal itkiləri limiti tez doldurdu.

«Araz-Naxçıvan»ı dünən «meydandan sildi». Çempionlar Liqasında ilk «11-liy»i təşkil edən bütün oyunçular var qüvvəsiylə mübarizə aparmadı, ancaq rahatlıqla qələbə qazandılar.

Musa Qurbanlı isə son həftələrdə əla forma yığdığını növbəti qolunu təsdiqlədi.

Kamillo Duran rahat olmasın, o, «rahat olma, mən gəlirəm» deməkdə davam edir.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti