"Əgər Avropa idmançılarına qalib gəlmək istəyiriksə, yaxşı şərait qurmalıyıq"

02:30 Digər növlər 161
"Əgər Avropa idmançılarına qalib gəlmək istəyiriksə, yaxşı şərait qurmalıyıq"

“Rayonlarımızda çox yaxşı idmançılar yetişir. Təsadüfi deyil ki, Olimpiya çempionlarımızın çoxu regionlardandır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev deyib.

O, öncə tədbirin əhəmiyyətindən söz açıb:

“Bütün məşqçilər, idman mütəxəssislərimiz üçün xoş təəssürat yaradır. Məşqçi lider, disiplinli olmalıdır.

Çox istərdik ki, məşqçilər idmandan gəlsinlər. Fərqi yoxdur komanda və ya fərdi idman növü olsun.

Özləri də idmanla məşğul olduqlarında daha təcrübəli olur. Əgər biz Avropa idmançılarına qalib gəlmək istəyiriksə, yaxşı şərait qurmalıyıq.

İnanırıq ki, bu forumdan sonra məşqçilərimiz üçün yeni səhifə açılacaq. Ümid edirik ardı gələr”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti