Ayxan Abbasov əcnəbi həmkarlarına və klub rəhbərlərinə SƏRT MESAJ verdi

Ayxan Abbasov əcnəbi həmkarlarına və klub rəhbərlərinə SƏRT MESAJ verdi

"Bəzi şeylər var ki, bu, sırf mənə aiddir. Azərbaycanda son dövrə qalanda, fikirlər də dəyişir, məqsədlər də. Ona görə bu cür suallar gəlir. Amma mənim öz məqsədim, yanaşmam var. Meydana kimi buraxacağıq, kimi oynadacağıq..Bu məsələlər rəhbərliklə müzakirə olunmur".

Bu fikirləri "İmişli" ilə matçdan sonra "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səsləndirib.

Təbii ki, təcrübəli mütəxəssisin sərt mesajı ünvansız deyil. Bunu özü bilər, Allahı bilər.

Amma...

Məncə, vaxt itirmədən onun nitqini "Sumqayıt"ın baş məşqçisi Saşa İliçin və "Araz-Naxçıvan"ın çalışdırıcısı Andrey Demçenkoya çatdırmaq lazımdır.

Ki, görsünlər peşəkar, özünə hörmət edən məşqçi necə olur.

Serbiyalı "Karvan-Yevlax"la görüşdən sonra "Mövsümün qalan oyunlarında meydana gənclərlə çıxmaq barədə prezident qərar verib" deyib.

Ukraynalı isə "Qarabağ"a darmadağından sonra mətbuat konfransında "Futbolçular cərimələnəcək, birbaşa klub prezidentinin göstərişidir" fikrini səsləndirib.

Düzdü, sərgilədiyi peşəkarlıqla, göstərdiyi nəticələrlə, ortaya qoyduğu oyunla Abbasov əcnəbi həmkarlarını birə beş qabaqlayır.

Onlardan ən azı 2 dəfə aşağı maaşa çalışsa belə...

Belədə haqlı sual yaranır - Özümüzdə yaxşı nəticələri verə biləcək adam varkən, niyə böyük pullar Demçenko, İliç kimi əcnəbilərə xərclənir?

Görünür, klub rəhbərlərinə "fatı otur, fatı dur" təfəkküründə olan belə əcnəbilər daha çox sərf edir...

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti