AFFA-nın klublarla bağlı yeni planı... - 500 minlik söhbət BÖYÜYÜR

5 Mart 22:20 Azərbaycan Futbolu 238
AFFA-nın klublarla bağlı yeni planı... - 500 minlik söhbət BÖYÜYÜR

AFFA-nın uşaq futbolunun inkişafı strategiyasına uyğun olaraq, “Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək” prosesində həyata keçirilən akademiya səfərləri davam edir.

Federasiya rəsmiləri ən son “Araz-Naxçıvan”ın akademiyasında olub.

Bu cür səfərlərin məqsədi mövcud durumu yerində görməkdir.

Gələcəkdə hansı addımların atılacağına məhz bugünkü səfərlərdən sonra verilən raportlar əsasında qərar veriləcək.

Həm də yeni mövsümlə bağlı planlarda akademiyaların son durumunun necə olması vacib yer alacaq.

Bu barədə federasiyadan yeni məlumatlar almışıq.

Bildiyiniz kimi Premyer Liqa klublarına 2.5 milyon manat dövlət dotasiyası ayrılır.

Həmin yardımın 500 min manatının akademiyaların fəaliyyətinə ayrılması nəzərdə tutulub.

Nəinki bu pula, hətta əlavə maliyyə ayıraraq akademiyanın problemlərini həll edən klublarımız var.

Amma təəssüf ki, əksər klublar heç həmin 500 min manatı da tam olaraq uşaq futboluna sərf etmirlər.

Müxtəlif yollarla əsas komandaya xərcləyirlər.

Bunun qarşısını almaq üçün AFFA yeni plan üzərində işləyir.

Yeni mövsümdən uşaq futbolunun inkişafı üçün nəzərdə tutulan həmin 500 min manat klublara fərqli formada təqdim ediləcək.

Belə ki, akademiyaların real vəziyyəti qiymətləndiriləcək.

Ən yüksək qiymət alanlara 500 min manat veriləcək.

Məsələn, deyək ki, 5 ballıq şkala ilə 3 xal alana 500 min manatın hamısı yox, 300 min manatı ayrılacaq.

Məqsəd klubları uşaq futbolunda iş görməyə təşviq etməkdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti