“Super qızıl top” təqdim ediləcək - Son 30 ilin ən yaxşı futbolçusuna

01:30 Dünya futbolu 178
“Super qızıl top” təqdim ediləcək - Son 30 ilin ən yaxşı futbolçusuna

2029-cu ildə “super qızıl top” mükafatının verilməsi nəzərdən keçirilir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafat son 30 ilin ən yaxşı oyunçusuna təqdim ediləcək.

Mükafatın ilk dəfə 1989-cu ildə təqdim edilməsindən düz 40 il sonra verilməsi planlaşdırılıb. 1989-cu ildə mükafatı “Real”ın sabiq hücumçusu Alfredo Di Stefano qazanıb.

Mükafat son otuz ilin ən yaxşı futbolçusuna təqdim edilib və oyunçular “qızıl top” mükafatının bir neçə qalibi arasından seçilib. Di Stefano əsvermədə Yohan Kroyff və Mişel Platinini geridə qoyub.

“Super qızıl top” hazırda “Santyaqo Bernabeu” stadionundakı “Real” muzeyində nümayiş olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti