“Mançester Siti” ilə matça böyük itki ilə çıxacaq -- "Real"

“Mançester Siti” ilə matça böyük itki ilə çıxacaq --

“Real”ın hücumçusu Kilian Mbappe hələ də zədəsini sağaldır.

Sportinfo.az “Cadena SER”-ə istinadən xəbər verir ki, fransalı Çempionlar Liqasının 1/8 final mərhələsinin “Santyaqo Bernabeu”dakı “Mançester Siti” ilə ilk matçını buraxacaq.

Onun İngiltərədəki cavab oyununda da iştirakı sual altındadır.

“Real” əsas hücumçusunun mümkün qədər tez meydana qayıtmasını və vacib matçlarda komandaya kömək etməsini istəyir, ancaq oyunçuya yaxın olanlar bu yanaşmanı bölüşmürlər.

Mbappeyə yaxın olanlar onun tam sağalana qədər oynamayacağını açıq şəkildə bildiriblər. 27 yaşlı futbolçu 2026-cı il dünya çempionatından əvvəl sağlamlığını riskə atmaq istəmir.

Mbappe bu mövsüm 33 matçda iştirak edib, 38 qol vurub və 6 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti