Almaniyalı hücumçu “Bayern”lə “İnter”in hədəfindədir

9 Mart 01:40 İngiltərə 400
Almaniyalı hücumçu “Bayern”lə “İnter”in hədəfindədir

“Brentford”un hücumçusu Kevin Şade mövsümün sonunda başqa komandaya keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

Almaniyalı forvard üçün “Tottenhem”, “Bayern” və “İnter” mübarizə aparır. Şade karyerasında irəliləyiş etmək istəyir və “Brentford” yaxşı təklif olacağı təqdirdə, onu satmağa hazırdır.

İngiltərə klubu 24 yaşlı oyunçudan əhəmiyyətli qazanc əldə edə biləcəyini düşünür. Şade 2023-cü ilin yayında “Frayburq”dan 25 milyon avroya alınmışdı.

O, cari mövsümdə bütün turnirlərdə 29 oyunda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq