Böyük pullar da bölgə klubunu xilas etmədi

9 Mart 20:40 Azərbaycan Futbolu 1 516
Böyük pullar da bölgə klubunu xilas etmədi

"İmişli" üçüncü cəhdində də "Şamaxı"nı məğlub edə bilmədi.

İlk iki görüşdən biri qolsuz bərabərliklə bitmişdisə, digərində "şirlər" 1:0 qalib gəlmişdi.

Bu dəfə də 90 dəqiqənin sonunda qol səsi çıxmadı.

Hətta "İmişli" rəhbərliyinin matça xüsusi yanaşması da işə yaramayıb.

Belə ki, 9-cu pillədə yer alan Jorj Kaşkilyanın yetirmələri "Şamaxı"dan cəmi 5 xal geri qalır.

Bu görüşdə qələbə qazanmaqla fərqi ikiyə endirib, 8-ci pillə şanslarını bir xeyli artırmaq olardı.

Bu məqsədlə qarşılaşmadan öncə kollektivə əvvəlki qələbələrdəki mükafatdan daha artığı vəd edilib.

Amma bu da "Şamaxı" tilsimini qırmağa, 11 oyunluq qələbə həsrətinə son qoymağa yetməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi