“Mançester Yunayted” Fil Dişi Sahili millisinin və “Nottingem Forest”in yarımmüdafiəçisi İbrahima Sanqare ilə maraqlanır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın skautları futbolçunun təzyiq altında müdafiədəki oyununa və sakitliyinə heyran qalıblar.
“Nottingem Forest” 35 milyon avroya aldığı yarımmüdafiəçini satmaq üçün daha yüksək qiymət müqabilində danışıqlara başlamağa hazırdır. Klubun Sanqare üçün 45-50 milyon avro istəməsi gözlənilir.
28 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 32 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

