"Qarabağ"ŞOU - VİDEO

00:40 Qarabağ 183
"Qarabağ"ŞOU - VİDEO

Misli Premyer Liqasının XXIII turunda "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə "köhlən atlar" 6:0 hesablı qələbə qazanıb.

Qolları Joni Montiel (15-p.), Leandro Andrade (33, 36), Kamilo Duran (64-p., 89) və Musa Qurbanlı (83) vurublar.

"Qarabağ" 49 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir.

"Qarabağ" - "Araz-Naxçıvan" 6:0

Tofiq Bəhramov adına Respublika Stadionu, 3200 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Kərim Zeynalov
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Mustafa Əhmədzadə, 42 (qeyri-idman hərəkəti); İssuf Paro, 62 (qeyri-idman hərəkəti)
Qollar: Joni Montiel, 15 (p.); Leandro Andrade, 33, 36; Kamilo Duran, 64 (p.), 89; Musa Qurbanlı, 83
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə yoxdur.

“Qarabağ”
99. Mateus Koxalski
55. Bədavi Hüseynov (k)
44. Elvin Cəfərquliyev
(27. Toral Bayramov, 81)
10. Abdullah Zubir
(8. Marko Yankoviç, 72)
81. Kevin Medina
9. Joni Montiel
18. Dani Bolt
(30. Abbas Hüseynov, 81)
15. Leandro Andrade
(77. Ramil Şeydayev, 81)
35. Pedro Bikalyo
11. Emmanuel Addai
(22. Musa Qurbanlı, 72)
17. Kamilo Duran
Ehtiyat oyunçular:
97. Fabian Buntiç
89. Amin Ramazanov
32. Hikmət Cəbrayılzadə
6. Kris Kuaku
21. Aleksey Kaşuk
24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

“Araz-Naxçıvan”
12. Kristian Avram
3. Bəxtiyar Həsənalızadə (k)
5. Slavik Alxasov
(77. Bruno Franko, 55)
8. Coşqun Diniyev
4. Rahil Məmmədov
6. Patrik Andrade
23. Nuno Rodriqes
(17. İssuf Paro, 46)
7. Hamidu Keyta
(70. Şarl Boli, 55)
10. Felipe Santos
11. Ba-Muaka Simakala
(14. Ülvi İsgəndərov, 67)
19. Bar Kohen
(24. Mustafa Əhmədzadə, 39)
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
Baş məşqçi: Andrey Demçenko

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti