"Qarabağ"ın matçında “Futbol hamı üçün” - FOTOLAR

02:50 Hadisə 177
"Qarabağ"ın matçında “Futbol hamı üçün” - FOTOLAR

“Qarabağ”ın təşkilatçılığı və klubun tərəfdaşı Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “Futbol hamı üçün” adlı sosial aksiya həyata keçirilib.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən "Qarabağ"- "Araz-Naxçıvan" oyunundan (6:0) öncə baş tutan aksiya 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunub.

Təşəbbüs çərçivəsində azyaşlı qız uşaqları futbolçularla birlikdə meydana çıxaraq “Futbol hamı üçün” mesajını azarkeşlərə çatdırıblar.

Aksiyanın əsas məqsədi futbolda və cəmiyyətdə inklüzivlik, gender bərabərliyi və irqi bərabərlik kimi dəyərlərə diqqət çəkmək olub.

Bu təşəbbüslə bir daha vurğulanıb ki, futbol insanları birləşdirən, hər kəs üçün açıq olan və bərabərlik mesajı daşıyan universal bir oyundur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti