“Təəssüf hissi o oldu ki, olmamalı idi. Ümumiyyətlə, sonradan kart göstərilməsinin də tərəfdarı deyiləm”.
Sportinnfo.az xəbər verir ki, bu sözləri Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov “Sabah”la görüşdə onların məşqçisinin qeyri-etik jestinə görə hansısa cərimənin verilməməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, belə qalmaqallar futbolun gözəlliklərinin bir hissəsidir.
“Futbolun inkişafı, intriqanın artması, keyfiyyətli olması üçün belə qalmaqallar futbolçulara da daha çox məsuliyyət verir.
Belə şeylərdə hansısa qırmızı vərəqənin və ya cəzanın verilməsinin tərəfdarı deyiləm. Meydandan kənarda olan qalmaqaldır, o da yerində həll edildi, bitdi.
Epizodlar olur ki, yerində, o an hansısa qərarı verirsən. Düz oldu, səhv oldu, yaxşı və ya pis oldu...
Mənə elə gəlir ki, içəridən gələn kindən olan bir şey deyil. Sırf idman emosiyalarıdır, hamı udmaq istəyir.
Bəzən bazada məşqçilər yığışıb 5-5-ə futbol oynayırıq, orada da o qədər intriqa, dava-dalaş olur ki.
Ya dostlar arasında oynayanda, o qədər qışqır-bağır düşür, məni də bağışlayın, o qədər söyüşlər olur ki…(gülür).
Oyun bitdi, hər şey qaydasındadır. Futbol emosiya oyunudur, belə hallar olmasın, amma olması da futbolumuzun daha da keyfiyyətli olmasına gətirib çıxarır”, - deyə Qurbanov əlavə edib.

