Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 3-cü oyun gününə nəzərdə tutulan 2 matç başa çatıb.
"Kəpəz" "Turan Tovuz"u qəbul edib. Oyunda "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk görüşdə də Tovuz təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.
Nəticədə "Turan Tovuz" yarımfinala yüksəlib. Komanda bu mərhələdə "Zirə" ilə qarşılaşacaq.
Digər matçda "Qəbələ" "Sabah"la üz-üzə gəlib. Qəbələ təmsilçisi hər iki hissədə vurduğu qollarla 2:0 hesabı ilə öndə olsa da "Sabah" matçın sonuna doğru hesabı bərabərləşdirməyə nail olub.
Komandalar arasındakı matçın əlavə vaxtında isə komandalar hərəyə 1 qol vurmaqla hesabı 3:3 edib.
Penaltilər seriyasına gedən matçda "Sabah" meydandan üstün ayrılmağı bacarıb. Sözügedən komandaların ilk duelində 0:0 hesablı heç-heçə qeydə alınıb.
Bu nəticədən sonra "Sabah" yarımfinalda "Qarabağ"la üz-üzə gələcək.
14:30. "Kəpəz" - "Turan Tovuz" 0:2
Qollar: Xorxe Silva, 13, Hayderson Hurtado, 51
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu
İlk oyun – 0:1
“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov11. Rəhman Hacıyev9. Luis Paçu29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseyov 81. Elgün Bayramov 99. Əli Səmədov5. Rauf Hüseynli 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 30. Ruslan Quliyev12. Mahamadu Ba
Baş məşqçi: Azər Bağırov
“Turan Tovuz”: 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş 2. Mark Rene Mampassi
Məşqçi: Ruslan Abışov
18:00. "Qəbələ" – "Sabah" 3:3 (Penaltilər seriyasında 2:4)
Qollar: İsmael Akinade 88, 90, Nuğay Rəşidov 90+24 // Timoteuş Puxaç 31, 62, Coy Lens Mikels 90+15
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu
İlk oyun – 0:0
"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 7. Turan Manafov 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 16. İsaak Amoah 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 3. Eduardo Kunde 14. Domi Massumo 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze
"Sabah": 92. Stas Pokatilov (k) 6. Abdulax Xaybulaev 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 70. Cesse Sekidika 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 83. Stefan Ende
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 89. Cəfər Muxtarov 20. Coy Lens Mikels 22. Zinedin Uld Xaled 7. Umarali Raxmonaliyev 53. Andrey Santos 19. Aron Maluda
Baş məşqçi: Valdas Dambrauskas

