“Neftçi” uduzdu, ”Zirə” 1 xalı xilas etdi

9 Mart 22:29 Premyerliqa 979
“Neftçi” uduzdu, ”Zirə” 1 xalı xilas etdi

Misli Premyer Liqasında 23-cü turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha 2 matç keçirilib.

Günün ilk qarşılaşmasında "Zirə" Kəpəz"i qəbul edib. Qarşılaşmanın son dəqiqələrinə qədər qonaqlar hesabda öndə olsa da, "Zirə" son dəqiqə qolu ilə hesabı bərabərləşdirib.

Beləliklə, matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Zirə" ilk dövrədə "Kəpəz"ə 5:0, 2-ci dövrədə isə 2:0 hesabı ilə qalib gəlib.

Günün son matçında isə "Neftçi" öz meydanında "Turan Tovuz"la üz-üzə gəlib. Matç Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" 1:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçında isə qolsuz heç-heçə qeydə alınıb.

Turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub edib.

18:30. "Zirə" – "Kəpəz" 2:2

Qollar: Eren Aydın 5, Ruan Renato 90+7 // Rauf Hüseynli 32, Dioqo Verdaska, 51

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov.

VAR: Elvin Bayramov.

AVAR: Cavid Cəlilov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Zirə İdman Kompleksinin stadionu

"Zirə": 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 4. Ruan Renato, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 5. Ange Mutsinzi, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
"Kəpəz": 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 6. Camal Cəfərov, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 33. Yusif İmanov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 11. Rəhman Hacıyev, 57. Amur Yusifov.
Baş məşqçi: Azər Bağırov.

20:30. "Neftçi" – "Turan Tovuz" 0:1

Qol: Joarlem Santos, 56

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.

VAR: Elçin Məsiyev.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

"Palms Sports Arena"

"Neftçi": 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 33. Breno Almeyda, 70. Andrey Ştoqrin, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

"Turan Tovuz": 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti