“Unutmayaq ki, biz “Şamaxı”yıq, digər rəqiblərlə müqayisədə imkanlarımız aşağıdır“

9 Mart 23:40 Şamaxı 94
“Unutmayaq ki, biz “Şamaxı”yıq, digər rəqiblərlə müqayisədə imkanlarımız aşağıdır“

“Futbolda hər cür gözlənilməzliklər mümkündürsə, məncə, “Şamaxı”nın avrokubok mübarizəsinə qoşulması da real görünməlidir.

Bu, həqiqətən əla olardı”.

“Şamaxı”nın hücumçusu Kerim Rossi Sportinfo.az-a açıqlamasında belə deyib.

“Şirlər” Premyer Liqanın 23 turu ərzində 27 xal toplayıb. Əyalət təmsilçisi bu göstərici ilə turnir cədvəlinin səkkizinci pilləsində mövqe tutub.

İsveçrəli hücumçu mövcud vəziyyəti bu cür dəyərləndirib:

“Unutmayaq ki, biz “Şamaxı”yıq. Digər rəqiblərlə müqayisədə imkanlarımız aşağıdır.

Bilmək olmaz, bəlkə də ictimaiyyəti təəccübləndirməyi bacararıq. Hələ bir-iki tur da oynayaq, sonrasına baxarıq“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti