“Qarabağ” yenildi, Azərbaycan UEFA reytinqində gerilədi

“Qarabağ” yenildi, Azərbaycan UEFA reytinqində gerilədi

Avrokubokların pley-off mərhələlərinin ilk oyunları çərçivəsində keçirilən görüşlərdən sonra ölkələrin UEFA reytinqi yenilənib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasında "Nyukasl"a 1:6 hesabı ilə uduzub.

Hazırda Azərbaycan UEFA sıralamasında 22.937 əmsalla 27-cidir. Ölkəmiz əvvəlki sıralama ilə müqayisədə 1 pillə geriləyib.

26-cı pilləyə 23.343 əmsalla Sloveniya yüksəlib. 28-ci sıradakı Slovakiyanın isə 22.375 əmsalı var.

Siyahıya İngiltərə (112.352 əmsal) liderlik edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!