“Bizə asanlıqla hücum etmək olar” - Tənqidlərə cavab verdi

18:20 İspaniya 95
“Bizə asanlıqla hücum etmək olar” - Tənqidlərə cavab verdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik ona ünvanlanan tənqidlərə münasibət bildirib.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, tənqidlərə belə cavab verib:

“İnsanlar həmişə deyirlər ki, “yüksək xətt, yüksək xətt”. Amma bu, tamamilə doğru deyil.

Nə qədər yüksək oynamağımızın və ya müdafiə xəttində kimin olmasının əhəmiyyəti yoxdur.

Əhəmiyyətli olan necə pressinq etməyimizdir. Yaxşı pressinq etsək, yüksək xətt işləyir. Əks halda, bizə asanlıqla hücum etmək olar”.

“Barselona” İspaniya çempionatının 27-ci turunda səfərdə Lamin Yamalın qoluyla “Atletik”i 1:0 hesabıyla məğlub edib.

Kataloniya komandası son 4 matçda 3 dəfə qapısını toxunulmaz saxlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti