“Qarabağ”lı müdafiəçi “Sportinfo” vasitəsilə açıq mesaj göndərdi: “Gözləsinlər!”

20:00 Qarabağ 177
“Qarabağ”lı müdafiəçi “Sportinfo” vasitəsilə açıq mesaj göndərdi: “Gözləsinlər!”

Çempionlar Liqası ilə vidalaşan “Qarabağ” daxili yarışlarda rəqib tanımır.

“Sabah”la oyunda hesabda 0:3 geri düşməsinə baxmayaraq, 11 dəqiqə ərzində 3 qol vurub meydanı 1 xalla tərk edən ağdamlılar çox təhlükəli görünür.

“Şamaxı” ilə kubok matçında 3:1 hesablı qələbə sayəsində ilk oyundakı 1:2 hesablı qələbəni unutdurub yarımfinala vəsiqəni təmin etdi,

23-cü turda “Araz-Naxçıvan”la dueldə 6:0 hesablı inamlı qələbə qazanıldı.

8 gün ərzində 3 oyun, 2 qələbə, 1 heç-heçə və vurulan 12 qol.

Görməyə alışdığımız “Qarabağ” qayıdır? Rəqiblər “Qarabağ”ın yolunu gözləsin?

Elvin Cəfərquliyev Sportinfo.az-ın suallarını cavablandırıb:

“Həqiqətən ağır qrafikdə oynayırdıq. Çempionlar Liqası, Premyer Liqa, Azərbaycan kuboku, üstəgəl, milli komandaların matçları.

Həm ölkə daxilinə, həm də xaricinə səfərlər edirdik. Hər nə qədər öyrəncəli olsaq da, istər-istəməz çətinlik yaranırdı.

Üç gündənbir oyunlar, fiziki yüklənmələr, bərpa prosesi, fərqli turnirlər üçün psixoloji hazırlıq – həqiqətən çətin idi.

Çempionlar Liqasında mübarizəni dayandırmağımız işimizi bir qədər asanlaşdırdı. Bundan sonra yalnız ölkədaxili yarışlara hazırlaşacağıq, bütün diqqətimizi bura yönəldəcəyik.

Allahın izni ilə qarşıdakı oyunların hər birinə tam gücümüzlə hazırlaşıb nəyə qadir olduğumuzu göstərəcəyik. Bəli, bizi gözləsinlər!”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti