Azərbaycan klubları cari mövsümdə avrokuboklardakı rekordunu təkrarlayıb.
Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə təmsilçiləri 2025/2026 mövsümündə 48 qol vurmaqla buna nail olub.
Qollardan 31-i “Qarabağ”ın payına düşüb.
2023/2024 mövsümündə də 48 qolluq məhsuldarlıq rekordu qeydə alınmışdı.
"Qarabağ” cari mövsüm Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a uduzmaqla (1:6, 2:3) mübarizəni dayandırıb.

