“Karpatı”nın sabiq baş məşqçisi Vladislav Lupaşko Azərbaycandan təklif alıb.
Sportinfo.az xəbər verir ki, bunu 39 yaşlı mütəxəssis özü Ukrayna mətbuatına açıqlamasında deyib.
Vladislav Lupaşko ötən ilin dekabrında “Karpatı”dan ayrılıb.
Gələcək karyerası və mümkün yeni iş yeri ilə bağlı planlarından danışan Lupaşko ölkəmizdə çalışmaq perspektivini dəyərləndirib:
“Qazaxıstan və Azərbaycandan maraq var idi, hətta müəyyən danışıqlar da apardıq. Hələlik bundan konkret nəticə çıxmadı, amma marağın olması faktı var.
Biz bütün təkliflərə açığıq, onları müzakirə etməyə hazırıq. İlk növbədə inkişaf etməyə imkan verən bir layihə görmək istəyirəm.
Belə bir layihənin perspektivi çox vacibdir. Özümə suallar verməliyəm: nə üçün? Klub mənə nə verə bilər və mən kluba nə verə bilərəm?”

