Azərbaycan millisi Qran-Prini 4 medalla tamamladı

03:40 Cüdo 142
Azərbaycan millisi Qran-Prini 4 medalla tamamladı

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan beynəlxalq yarışı 4 medalla tamamlayıb.

Mübarizənin son günündə Camal Qamzatxanov bürünc mükafata yiyələnib.

+100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili üzərində əzmkar qələbə qazanıb.

Daha əvvəl Ruslan Paşayev (66 kq) qızıl, Vüsal Qələndərzadə (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) isə bürünc medala yiyələnib.

Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən milli komandamız 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti