Banqkokda Olimpiya Təsnifat Turnirinə qatılacaqlar - SİYAHI

9 Mart 03:50 Boks 367
Banqkokda Olimpiya Təsnifat Turnirinə qatılacaqlar - SİYAHI

Azərbaycan boksçuları martın 8-də Taylandın paytaxtı Banqkokda start götürəcək Olimpiya Təsnifat Turnirində iştirak edəcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Seneqalda keçiriləcək gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda ölkəmiz 6 idmançı ilə təmsil olunacaq.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev turnirdə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Toğrul Quliyev (60 kq) və Şahin Aslanova (65 kq) şans verəcək.

Qızların mübarizəsində isə baş məşqçi İlkin Ağayev Gülər Hüseynova (48 kq) və Əminə Tağıya (51 kq) güvənəcək. Yarışın reqlamentinə əsasən, lisenziyalar sonradan ölkələr və qitələr üzrə bölünəcək.

Boksçuların lisenziya yarışı martın 15-də başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"