Bizon Azərbaycan Kubokunun ilk yarımfinalçısı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu "Zirə" klubudur.
"Qartallar" 1/4 finalda "Sumqayıt"dan üstün olub.
Sumqayıtdakı ilk matçda 0:0 hesabı ilə heç-heçə edən Bakı təmsilçisi cavab oyununda 2:0 hesablı qələbə qazanıb.
Zirə İdman Kompleksində təşkil olunan qarşılaşmada Davit Volkov (28-ci dəqiqə) və Ceyhun Nuriyev (88) fərqləniblər.
"Sumqayıt" qarşılaşmanın 84-cü dəqiqəsindən azlıqda qalıb. Belə ki, baş hakim Elçin Məsiyev Nikola Ninkoviçə birbaşa qırmızı vərəqə göstərərək meydandan qovub.
Bununla da iki oyunun nəticəsinə əsasən, "Zirə" yarımfinala vəsiqə qazanıb. Komandanın finala gedən yoldakı rəqibi "Turan Tovuz" - "Kəpəz" cütünün qalibi olacaq.
Bu mərhələnin digər oyunları 4-5 martda keçiriləcək.
"Zirə" – "Sumqayıt" 2:0
Qollar: Davit Volkov, 27, Ceyhun Nuriyev, 88
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 19:00.
İlk oyun – 0:0
"Zirə": 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 14. Elçin Əlicanov, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrila, 93. Brahim Konate, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.
"Sumqayıt": 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 9. Aleksandr Ramalinqom, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsana Simon, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 6. Sedrik Badalo.
Baş məşqçi: Saşa İliç.

