"Azərbaycan millisindən və "Neftçi"dən təklif almışıq"

25 Fevral 00:50 Azərbaycan Futbolu 3 024
"Azərbaycan millisindən və "Neftçi"dən təklif almışıq"

“Beşiktaş”ın sabiq baş məşqçisi Önder Karaveli Azərbaycandan təklif aldıqlarını bildirib.

Sportinfo.az xəbər verir ki, Abdullah Avcının köməkçisi olan 51 yaşlı mütəxəssis "Sports Zone"a verdiyi açıqlamada bir müddət əvvəl həm millimizdən, həm də "Neftçi"dən onlara dəvət gəldiyini deyib:

"Abdullah Avcı ilə işləyirik. Abdullah bəy seçici davranır.

Xarici seçimlər daha xoş olardı. İran və Azərbaycan milli komandalarından təkliflər gəldi.

"Neftçi"dən də təklif almışdıq. Bəzi Avropa ölkələrinin milli komandalarından təkliflər oldu. Hazırda bir neçə klubdan da təkliflər var".

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi