“Qarabağ” İngiltərədə uduzdu, Azərbaycanın aktivinə xal yazılmadı

27 Fevral 02:50 Azərbaycan Futbolu 426
“Qarabağ” İngiltərədə uduzdu, Azərbaycanın aktivinə xal yazılmadı

Ölkələrin yeni reytinq cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra yerdəyişmə baş verməyib.

“Qarabağ” bu raundda “Nyukasl”a səfərdə 2:3 hesabı ilə məğlub olduğundan, Azərbaycanın aktivinə xal yazılmayıb. Ölkəmiz 22.937 əmsalla 27-ci pillədə qərarlaşır.

Reytinqdə Azərbaycandan geridə olan ölkələrdən Bolqarıstan, Ermənistan, Finlandiya, Kosovo, Bosniya və Herseqovina və Şimali Makedoniyanın bir klubu avrokuboklarda mübarizəni davam etdirir.

Reytinq cədvəlinə 112.741 əmsalla İngiltərə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi