“Bəzi oyunçular qədər yorğun deyiləm" - “Barselona”nın hücumçusu

00:00 İspaniya 66
“Bəzi oyunçular qədər yorğun deyiləm" - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Rafinya Çempionlar Liqasında “Nyukasl”la keçiriləcək oyun öncəsi fiziki vəziyyəti barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bəzi komanda yoldaşları ilə müqayisədə özünü o qədər də yorğun hiss etmədiyini bildirib:

“Bəzi oyunçular qədər yorğun deyiləm. Yüngül zədədən sonra bərpa olurdum və buna görə də bir qədər istirahət etmək imkanım oldu.

Özümü yaxşı hiss edirəm. Son oyundan sonra (“Atletiko” ilə kubok matçı – 3:3) yorğun idim, çünki bu, çox ağır qarşılaşma idi. Bu isə tamamilə normaldır”.

Rafinya İspaniya çempionatında son turda “Atletik”lə oyuna ehtiyat oyunçular skamyasından başlayıb və 62-ci dəqiqədə Markus Reşfordu əvəzləyərək meydançaya daxil olub. Həmin qarşılaşma “Barselona”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniya təmsilçisi ilə “Nyukasl” arasındakı ilk görüş martın 10-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti